Bərdədə yol-nəqliyyat hadisəsi baş verib

Bərdənin Əliyanlı kəndində iki minik avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, hadisəyə səbəb avtomobillərdən birinin digərinin hərəkət zolağına çıxması olub.

Qəza zamanı ölən olmasa da avtomobillərdən birinin sürücüsü yaralanıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Polis hadisənin dəqiq baş vermə səbəblərini araşdırır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə