Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində vətəndaş Əli Əliyevə məxsus avtomobil qarajı yanaraq kül olub. SİA-nın məlumatına görə, dərhal hadisə yerinə Sumqayıt şəhər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları cəlb olunub.
Hadisə şahidləri əməkdaşımıza bildiriblər ki, yanğın qarajın arxasındakı zibilliyin yandırılması ilə meydana gəlib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Yanğın zamanı qarajda vətəndaşa məxsus avtomobilin ehtiyyat hissələri, ev ləvazimatları və geyimlər olub. Hadisə şahidləri yanğının qəsdən törədildiyini bildiriblər. Yanğının qarşısı dərhal alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB