Rusiyada yol qəzası azərbaycanlı vətəndaşların ölümünə səbəb oldu DƏHŞƏT-VİDEO
Rusiyanın Stavropol vilayətində ağır yol qəzası baş verib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, "Reno" markalı mikroavtobus qarşı hərəkət zolağına çıxıb və "Mercedes" markalı avtobusla toqquşub. Qəzaya ilkin səbəb, mikroavtobusun sürücüsünün sükan arxasında yatdığı bildirilir. Mikroavtobusdakıların hamısı Azərbaycan vətəndaşları olublar. Avtobusda yarışa gedən uşaq futbol komandasının 35 üzvü və onların məşqçisi olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda 4 nəfərin öldüyü bildirilir. Həlak olanlar arasında uşaqların məşqçisi, mikroavtobusun sürücüsü və iki sərnişini var. Daha altı nəfər isə xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB