2 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb

2 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb

Bakı şəhərinin Səbail rayonunda 2 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında FHN-nın müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəkil çəkdirmək məqsədi ilə dağlıq əraziyə qalxmış şəxslər geri qayıda bilməyiblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə vətəndaşları təhlükəsiz əraziyə enmələrinə şərait yaradıblar. Əməliyyat saat 09:45-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə