Kuba Respublikasının Vilya-Klara əyalətində məktəbliləri daşıyan avtobus yük avtomobili ilə toqquşub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, baş verən qəza nəticəsində 28 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınları ilə region xəstəxanalarına götürülüb və ilkin tibbi yardım göstərilib. Yaralılardan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hüquq-mühafizə orqanları isə qəzanın səbəblərini araşdırmağa başlayıb.
Qeyd edək ki, bu ilin yanvarından sentyaba qədər ölkə yollarında 500 nəfər həlak olub, 6 min nəfərdən çox insan isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB