Malinin şimalındakı Gidal regionunda reportaj hazırlayan zaman radikal islamçılar tərəfindən girov götürülən Beynəlxalq Fransa Radiosunun (RFİ) iki əməkdaşı noyabrın 2-də qətlə yetirilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Fransa prezidenti Fransua Olland jurnalistlərin girov götürüldükdən sonra öldürülmələri faktını təsdiq edib, peşə borclarını yerinə yetirən insanların qətlə yetirilməsini qətiyyətlə pisləyib və onların yaxınlarına başsağlığı verib.
Mali təhlükəsiz qüvvələrinin rəsmisi qadın və kişi olmaqla iki fransız jurnalistinin Gidal şəhərindən on kilometr kənarda amansızlıqla qətlə yetirildiklərini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB