Abşeron rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Evdə mətbəxinin dam örtüyü və mətbəx əşyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 03:08-də söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB