Çoxmərtəbəli yaşayış binasında partlayış baş verib

Çoxmərtəbəli yaşayış binasında partlayış baş verib

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Məlum olub ki, hadisə çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindəki mənzilin hamamında baş verib. Partlayış nəticəsində yanğın və xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə