Paytaxtda oğurluqla məşğul olan dəstə tutulub

Paytaxtda oğurluqla məşğul olan dəstə tutulub

Oktyabrın 27-nə keçən gecə Biləcəri qəsəbəsinin ərazisində, Binəqədi şosesində Xəyyam Həsənova məxsus "VAZ-2107" markalı avtomaşından pul kisəsi və iki fləşkart oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, oğurluqda şübhəli bilinən paytaxt sakinləri - Mahmud Məmmədov, Əli Qəhrəmanov və Elməddin Zeynalov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulublar.

Araşdırma zamanı müəyyən edilmişdir ki, onlar müxtəlif vaxtlarda Biləcəri qəsəbəsində bir neçə evdən oğurluq ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə