Bakıda partlayış olub

Bakı şəhəri, Yasamal rayonunda, mənzildə partlayış baş verib və köməyə ehtiyac olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

SİA-nın məlumatına görə, Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilin hamamında qaz sızması nəticəsində partlayış olub. Partlayış nəticəsində xəsarət alan olmayıb.

Nazirliyin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə