Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var

Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var

Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var.

SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb.

Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri almış və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə