Gəncənin İmamzadə dini kompleksində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini 1991-ci il təvəllüdlü Bəxtiyar İsmayılov bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına qaldırılıb. Əməliyyat olunan 22 yaşlı gəncin vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, cinayəti 65 yaşlı Məhəmməd Həmzəyev törədib.
Qeyd edək ki, cinayəti törədən şəxs Məhəmməd Həmzəyev artıq həbs edilib. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB