Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Goranboy polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi yaxalayıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat zamanı Tərtər rayon Qaradağlı kənd sakini 1971-ci il təvəllüdlü Cəfər Əli oğlu Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 30 kibrit qutusunda, ümumi çəkisi 92.61 qram qurudulmuş marixuana aşkar edilib. Təqsirləndirilən şəxs ilkin dindirilmə zamanı bildirib ki, o, narkotik vasitəni şəxsi istifadəsi üçün becərib. Hazırda narkotik vasitənin mənbəyi və onun Goranboy rayon ərazisinə hansı məqsədlə gətirilməsi istintaq tərəfində araşdırılır.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə