Əxlaqsızlıq yuvası aşkarlanıb

Goranboy rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 6 nəfər saxlanılıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Goranboy rayon sakini Nərgiz Əliyeva icarəyə götürdüyü "Söyüdlük" kafesində gəlir əldə etmək məqsədilə əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb. Şübhəli qismində onunla birlikdə kafedə çalışan Kəmalə Abbasova, Nailə Məlikova, Ruhiyyə Mirzəyeva, Fərqanə və Nəzakət Vəliyeva bacıları müəyyən məvacib qarşılığında fahişəliklə məşğul olmaqda təqsirləndiriliblər. Aparılan ilkin araşdırmada məlum olub ki, kafe 2 aya yaxındır fəaliyyət göstərir.

Qeyd edək ki, faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə