Hindistanın cənubunda faciəli avtobus qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun yanması nəticəsində 40 nəfər yanaraq dünyasını dəyişib. Bu, hələ ilkin göstəricilərdir.
Yerli nümayəndələr qəzanın Andra Pradeş əyalətinin cənubunda sərnişin avtobusunun qarşı yola çıxması zamanı baş verdiyini deyir. Avtobus idarəetməni itirərək qəza törədib. Bir müddət sonra isə avtobus yanmağa başlayıb. Avtobusun baryerə çırpılması zamanı sürücü ilə 5 sərnişinin pəncərədən kənara çıxması onları yanmaqdan xilas edib.
Dünya Sağlamlıq Təşkilatının dediyinə görə, Hindistan ən çox yol qəzaları baş verən ölkədir və hadisə nəticəsində də ən çox can itkisi olur. Bununla yanaşı, Hindistanda hər il 110 mindən çox insan yollarda həyatını itirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB