Azyaşlı evdə gərgin psixoloji vəziyyətdə aşkarlanıb

Azyaşlı evdə gərgin psixoloji vəziyyətdə aşkarlanıb

Azyaşlı evdə gərgin psixoloji vəziyyətdə aşkarlanıb. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək daxil olub və giriş qapısını açıblar.

Mənzilə baxış keçirilərkən nəzarətsiz şəkildə, gərgin psixoloji vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə