Toydan qayıdan ailə yol qəzasında həyatını itirdi

Toydan qayıdan ailə yol qəzasında həyatını itirdi

Ağcabədi rayonunda 4 nəfərin ölümü ilə nəticələnən qəza hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, toy mərasimindən gələn Ağdam rayonu Mərzili kənd sakini Afiq Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili su kanalında düşüb. Baş verən qəza zamanı sürücü idarəetməni itirərək kənd ərazisindən keçən beton kanala düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü Əhmədov Afiq Asif oğlu, sərnişinlər 99 yaşlı Sərya Quliyeva , 73 yaşlı Qöncə Əhmədova, Lətafət Əhmədova hadisə yerində dünyalarını dəyişiblər. Digər sərnişinlər isə 39 Rəşid Əhmədov, 6 yaşlı Kənan Əliyev sakinlərin köməyi ilə xilas ediliblər.

Qeyd edək ki, hadisə ilə bağlı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə