Yanğınların qarşısı alınıb

Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan geyim mağazasının 1 ədəd elektrik sayğacı və taxta konstruksiyalı divar üzlüyü 2 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Göyçay rayonu, Qəbələ Müskürlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 170 kv.m sahədə yanıb. Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə