Dəməşqdə partlayış: 30 ölü, 100 yaralı

Dəməşqdə partlayış: 30 ölü, 100 yaralı

Suriyanın paytaxtı Dəməşqin Vadi Barada rayonundakı məscidlərdən birinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 30 nəfər ölüb.

Hadisə nəticəsində aralarında uşaqların da olduğu 30 nəfər həlak olub, 100 nəfər xəsarət alıb.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Ölənlərin sayının artacağı istisna olunmur.

Ərazidə ikinci bomba yüklənmiş avtomobilin aşkar edildiyi və partlayıcı qurğunun zərərsizləşdirildiyi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə