İki azyaşlı yol nəqliyyat hadisəsinin qurbanı oldu DƏHŞƏT

İki azyaşlı yol nəqliyyat hadisəsinin qurbanı oldu DƏHŞƏT

Naxçıvan Muxtar Respublikasında (MR) yol nəqliyyat hadisəsi nəticəsində iki azyaşlı uşaq ölüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə oktyabrın 23-də MR-in Şərur rayonunda qeydə alınıb. Rayonun Mahmudkənd kəndi ərazisində Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaqlar orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə