Axşam saatlarında Gəndab-Yalama yolunun 15-ci kilometrliyində, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində ağır yol qəzası baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində "Traktor", "Kamaz", "Moskviç" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 2 nəfər isə yaralanıb. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil. Xəsarət alanlardan 1966-cı il təvəllüdlü Yaqub Əlif oğlu Quliyev Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Digər yaralı 1989-cu il təvəllüdlü, Quba rayon Vəlvələ kənd sakini Alı Muradov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB