Qaradağda çay evi yanıb

Qaradağ rayonunda çay evində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus, ümumi sahəsi 105 kv.m olan çay evinin lambirdən ibarət divar və tavan üzlüyü 45 kv.m sahədə yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə