Goranboy rayonunda avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 14 km aralıda yerləşən Borsunlu kəndində baş verib.
Hadisə nəticəsində vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərriki və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB