Sabirabadda yanğın 2 yaşlı uşağın həyatına son qoydu

Sabirabadda yanğın 2 yaşlı uşağın həyatına son qoydu

Sabirabad rayonu, Quruzma kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları (evin tavanı və döşəməsi qamışdan və taxta konstruksiyalardan ibarətdir) yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb və xəstəxanaya aparılıb. Evdə olan 2 nəfər azyaşlı yanğınsöndürənlər çatana kimi vətəndaşlar tərəfindən xilas edilib. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvəsi, 2011-ci il təvəllüdlü Sahilə Ceyhun qızı Xəlilzadənin cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə