Sürücü sükan arxasında öldü

Bərdədə sürücü traktorunu idarə edərkən dünyasını dəyişib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə şəhərinin Yeni Bakı küçəsində baş verib. Hadisənin baş verməsinə səbəb sükan arxasında olarkən sürücünün ürəktutması olub. Nəticədə sürücü idarəetməni itirib və traktor yoldan çıxaraq aşıb. 57 yaşlı sürücünün meyiti müayinə üçün tibbi ekspertizaya göndərilib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Oqtay Sadıqov Bərdə rayon Yol İstismar İdarəsinin işçisidir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə