Polis əməkdaşının ölümü ilə bağlı açıqlama yayılıb FOTO

Polis əməkdaşının ölümü ilə bağlı açıqlama yayılıb FOTO

Ötən gün Gəncə şəhərində polis əməkdaşının qəza nəticəsində ölümü ilə bağlı rəsmi açıqlama yayılıb. SİA-nın Qərb bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan verilən məlumatda bildirilir ki, qəzanın təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qəza ötən gün Keçid küçəsində, "N" saylı hərbi hissənin yataqxanasının arxasında baş verib. Gəlin korteji ilə Samuxdan Gəncəyə gələn "VAZ 2107" markalı avtomobil "VAZ 2106" ilə toqquşub. Zərbənin gücündən "VAZ 2106" əks tərəfdən gələn "Kamaz"ın qarşısına düşüb. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində "VAZ 2106" nın sürücüsü - polis əməkdaşı 34 yaşlı Rəşad Mustafayev ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə