Şirvanda avtoşlar qəza törədiblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəza ötən gecə Şirvan şəhər M.Rəsulzadə prospektində avtoşlar yarışarkən baş verib. Hadisəni törədib qaçan naməlum VAZ 2107 markalı "Jiquli"nin sürücüsü 1995-ci il təvəllüdlü Quluzadə Ruslan Məhərrəm oğlu idarə etdiyi 52 BG 370 nömrə nişanlı avtomobillə ötüşərkən yolun kənarında dayanmış Əliyev Rövşən Nizami oğluna məxsus olan VAZ 21012 markalı 10 VE 216 nömrəli avtomobilə arxadan çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib və VAZ 2107 markalı "Jiquli"nin sürücüsü Quluzadə Ruslan xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisənin digər iştirakçısı isə aradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB