Qızılağac Dövlət Təbiət Qoruğununda başlayan yanğın söndürülüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Neftçala, Masallı və Lənkəran rayonu ərazilərində yerləşən "Qızılağac" Dövlət Qoruğunun ərazisində 50 ha sahədə quru ot, kol-kos və qamışlıq sahə yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xatırladaq ki, yanğın baş verib. ötən gün saat 16:10 radələrində başlamışdı. Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib. Güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçmiş və 100 hektara yaxın ərazini əhatə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB