Qusarda polisə silahlı basqın edən cinayətkarlardan ikisi zərərsizləşdirilib

Qusarda polisə silahlı basqın edən cinayətkarlardan ikisi zərərsizləşdirilib

Əməliyyat tədbirləri nəticəsində polisə basqında iştirak edən Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov öldürülüb. Hazırda Qusarda polisə silahlı basqın edən cinayətkarların tutulması üçün əməliyyat həyata keçirilir.

Yerli sakinlərdən RTV-yə verilən məlumata görə əməliyyatlar rayonun Avaran kəndi ərazisindəki meşələrdə aparılır. Kənd sakinləri atəş səslərinin eşitdiklərini, havada hərbi vertalyotların uçduğunu müşahidə etdiklərini bildirir.

Əməliyyat tədbirləri nəticəsində polisə basqında iştirak edən Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov öldürülüb.

Digər cinayətkar Edik Rüstəmov isə qaçmağa müvəffəq olub.

Xatırladaq ki, oktyabrın 16-sı Qusar rayonunda polisə silahlı basqın olub. Basqın zamanı Qusar RPŞ-nin əməkdaşı, polis mayoru Qalib Quliyev dünyasını dəyişib. Şöbənin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov, polis əməkdaşları Mövlüd Əliyev və Cəmil Nəsirov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə