Təhlükəli qatillər azadlıqda QALMAQAL

Təhlükəli qatillər azadlıqda QALMAQAL

Amerikanın həbsxanalarından birində fatal səhv buraxılıb. Həbsxananın əməkdaşlarının səhvi ucbatından, ömürlük həbsə məhkum edilmiş 2 çox təhlükəli qatil azadlığa buraxılıb. Məhkumlar 1990-cı illərin sonundan bəri həbsxanadaydılar.

Sənədlərin yoxlanışı zamanı məhbuslar nəzarətçiləri çaş-baş salıblar, onlar məhkumların azadlığa buraxılmasına dair sənədləri dəqiqləşdirməyə macal tapmayıblar. Sənədlər birbaşa məhkəmədən göndərilibmiş, buna görə də onların səhihliyini yoxlamaq nəzarətçilərin ağlına belə gəlməyib. Qatillərin azadlığa buraxılmasını əks etdirən kağızlar isə saxtaymış.

Beləliklə, 1998-99-cu illərdə həbs olunan və haqlarında ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılan Çarlz Uolker və Cozef Cenkins sərbəst buraxılıblar. Maraqlıdır ki, Uolker 15 oktyabrda azadlığa buraxılıb, Cenkins isə, sentyabrın sonlarından bəri küçələrdə kefi istəyən kimi gəzirmiş. Baş verən yanlış anlaşılma indi ortaya çıxıb.

Polis hazırda qatilləri axtarır, Florida həbsxanasına daxil olan digər sənədlərin də saxta olub-olmaması barədə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə