Lənkəranda motosikletin yük maşını ilə toqquşdu bir nəfər öldü

Lənkəranda motosikletin yük maşını ilə toqquşdu bir nəfər öldü

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, oktyabrın 18-də saat 15.30 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Separadi kəndindən keçən hissəsində Lənkəran rayonunun Tükəvilə kənd sakini, 45 yaşlı Seyran Aslan oğlu Mirzəyevin idarə etdiyi "Muravey" markalı motosiklet rayonun Cil kənd sakini, 23 yaşlı Ramiz Tahir oğlu Tağızadənin idarə etdiyi 42 BP 664 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinin altına girib. Nəticədə ağır bədən xəsarətləri alan motosikletin sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə