İranın Nobaran şəhəri yaxınlığında güclü zəlzələ baş verib

İranın Nobaran şəhəri yaxınlığında güclü zəlzələ baş verib

Oktyabrın 16-da günorta saatlarında İranın mərkəzi vilayətinin Nobaran şəhəri yaxınlığında Rixter cədvəli ilə 4,7 bal gücündə zəlzələ baş verib.

Rəsmi məlumata görə, yeraltı təkanlar nəticəsində azı 20 ev dağılıb.

Təbii fəlakət zonasına – Zərəndiye bölgəsinə xilasedicilər göndərilib.

Evləri dağılmış insanlar üçün çadır şəhərciyi salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə