Təyyarədə olan 39 sərnişin və 5 ekipaj üzvündən heç kimin xilas olmadığı bildirilir
Cənubi Asiya ölkələrindən Laosa uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 44 nəfər həlak olub. Xarici mətbuata istinadən verilən xəbərə görə, məlumatı Tailand Xarici İşlər nazirliyinin nümayəndəsi Sek Vannameçee yayıb. Nazirlik əməkdaşı, Lao Hava yollarına məxsus təyyarənin naməlum səbəblərdən qəzaya uğradığını bildirib.
Paytaxtdan Laosun cənubundakı Pakse şəhərinə uçan təyyarədə olan 39 sərnişin və 5 ekipaj üzvündən heç kimin xilas olmadığı bildirilir. Sərnişinlər arasında 5 nəfər Tailand vətəndaşının olduğunu qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB