Xaçmazda yanğın meyidi tanınmaz hala saldı DƏHŞƏT

Xaçmazda yanğın meyidi tanınmaz hala saldı DƏHŞƏT

Xaçmazda gecə saatlarında güclü yanğın baş verib. Bölgə müxbirimizin SİA-ya verdiyi məlumata görə, hadisə oktyabrın 16-sı gecə saat 3 radələrində Xaçmaz rayonunun Niyaz-oba kəndində qeydə alınıb. Kənd sakini 74 yaşlı Aleksandr Romanenkoya məxsus yaşayış evi qəfildən alışıb. Yanğın isə qısa zamanda bütün yaşayış yerini bürüyüb. Bu zaman evdə olan Aleksandr Romanenko alovdan qurtula bilməyib. Onun cəsədi tamamilə yanaraq külə dönüb. Yanğın o qədər güclü olub ki, ev əşyaları ilə birlikdə yanaraq kül olub. 74 yaşlı Aleksandırın yanan cəsədi isə səhər saatlarında tapılıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz DYMH-nin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 220 kv m.-lik yaşayış evinin 200 kv m.-i tamamilə yanıb. Yaxınlıqdakı 100 kv.mlik yardımçı tikilinin 50 kv.m-i yansa da, digər əraziləri yanğınsöndürənlər tərəfindən söndürülüb. Həmçinin evin qarajında olan vətəndaşa məxsus "Vaz-21 06" markalı avtomobil yanğından mühafizə olunub.

Qonşuların bildirdiyinə görə, evin sahibi Aleksandr Romanenko uzun müddətdir ki, tək yaşayır. Onun həyat yoldaşı vəfat edib, digər ailə üzvləri isə xaricdədir.

Hadisənin hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə