Moskvanın Biryulova rayonunda yerli gəncin qətlində şübhəli bilinən Orxan Zeynalov cinayəti törətdiyini etiraf edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasi İstintaq Komitəsinin rəsmi sədri Vladimir Markin məlumat verib ki, O.Zeynalov sorğu zamanı qətlin törədildiyi vəziyyət üzrə ifadə verib və bildirib ki, oktyabrın 10-a keçən gecə Qərbi Biryulovada Yeqor Şerbakovu bıçaqlayıb və aldığı zərbədən gənc dünyasını dəyişib.
Onun sözlərinə görə, 2011-ci ildə O.Zeynalov Moskvanın Naqatinski məhkəməsi tərəfindən yol qaydalarını pozduğuna görə bir il azadlıqdan məhrum olunub.2012-ci ildə Zeynalov həbsxanadan çıxdıqdan sonra, dərhal şəxsi ticarətlə məşğul olmağa başlayıb və qanunsuz avtomobil idarə edib.
Yaxın vaxtlarda şübhəli şəxsin həbsi barədə qərar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB