Tərtər rayonu ərazisində, Tərtər – Hindarx yolunun 18-ci km-də rayonun 4 yol adlanan ərazisində avtomobil qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam rayonu Qərvənd kənd sakini Fariz Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun əks tərəfinin kənarına düşüb. Bu zaman Ağdamdan olan məcburi köçkün Oruc Əsədova məxsus çiy kərpicdən tikilən yardımçı bina dağılıb. Tövlədə olan mal-qara yüngül xəsarət alıb. Qəza zamanı avtomobilin sürücüsü Fariz Allahverdiyev yüngül dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB