Gəncədə yol qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Qasımov Vidadi Qafar oğlunun idarə etdiyi "VAZ 21011" markalı 20 BA 854 dövlət qeydiyyat nişanlı avtomaşınla Tağızadə Nəsimi Bəhlul oğlunun idarə etdiyi "Moskviç" markalı 20 BV 586 dövlət qeydiyyat nişanlı avtomaşın toqquşub. Nəticədə "VAZ 21011" markalı avtomaşında olan 3 sərnişin yaralanıb.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq işləri davam etdirilir.

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB