Şəmkirdə maşın yanıb, xəsarət alanlar var

Şəmkirdə maşın yanıb, xəsarət alanlar var

Şəmkirdə "Hyunday" markalı minik avtomobili yanıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.

Xəbərdə deyilir ki, Şəmkir rayonunda (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyunday" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.

Hadisə zamanı avtomobin sürücüsü və avtomobildə olan 3 nəfər sərnişinlər müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən xəstəxanaya aparıblar.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə