Dəhşətli yol qəzası 13 can aldı

Dəhşətli yol qəzası 13 can aldı

Rusiyanın Nijni Novqorod vilayətinə məxsus dövlət nömrə nişanlı "Toyota" markalı mikroavtobus qəfil qarşı hərəkət zolağına çıxaraq Qazaxıstandan gələn "Mercedes" markalı yük avtomobili ilə toqquşub. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, güclü zərbədən hər iki nəqliyyat vasitəsi yolun kənarına düşüb. Mikroavtobusda yanğın baş verib. "Mercedes" markalı yük avtomobilinin sürücüsü də daxil olmaqla xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.

"Qəza nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 12-si hadisə yerində ölüb, bir nəfər xəstəxanada keçinib, 3 nəfər isə rayon xəstəxanasına yerləşdirilib"

Qeyd edək ki, "Mercedes" markalı yük maşını 50 yaşlı Qazaxıstan vətəndaşı tərəfindən idarə olunub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsi yolun kənarına düşüb. Mikroavtobusda yanğın baş verib.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə