Quba-Xınalıq yolunda avtomobil qəzası baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, sıldırım qayaların arasından keçən "Niva" markalı maşın sərt döngəni dönməyə çalışarkən dərəyə yuvarlanıb. 200 metr dərinlikdə dərəyə aşan avtomobilə ciddi ziyan dəyib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan avtomobilin sürücüsü Hüseynqulu Nəcəfov Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

.jpg)
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB