Göyərçin bıçaqlanmaya səbəb oldu

Göyərçin bıçaqlanmaya səbəb oldu

Sabirabadda qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə saat 02:02 radələrində Sabirabad rayonun Cəngən kəndində 21 yaşlı Mirzəyev Təbriz Absət oğlu həmkəndlisi 1985-ci il təvəllüdlü Məmmədov Vasif Akif oğlunu bıçaqla vuraraq böyrəyini və aorta damarını yaralayıb. Yaralı Salyan rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Əldə etdiyimiz məlumatlara görə, münaqişə göyərçin quşu üstündə baş verib. Deyilənə görə, qətli törədən Təbriz Mirzəyev bir müddət əvvəl Vasif Məmmədovun bacısı oğlunun göyərçinini oğurlayıb. Gənclərin göyərçin oğurluğunun davası sonda birinin həyatı bahasına başa gəlib.

Qeyd edək ki, faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə