Sabirabad rayonunda dəhşətli qəza baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, hadisə bu gecə saat 01.00 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 22-ci kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində baş verib. Bakı sakini 41 yaşlı Abdullayev Azər Aydın oğlunun idarə etdiyi "Hyundai Accent" markalı 90 RE 308 dövlət nömrə nişanlı avtomobil sərt döngədə böyük sürətlə yoldan çıxaraq 50 metr məsafədə havada uçaraq dərəyə düşüb. Avtomobil arxası üstə dərədə böyük diametrli qaz kəmərininin üzərində 7-8 metr sürüşərək çevrilib. Nəticədə avtomobilin banı sürücünü kabinada sıxaraq öldürüb. Tanınmaz halada olan sürücünün meyitini avtomobildən Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin xilasediciləri xüsusi alətlərlə çıxardıblar.
Avtomobildə olan Bakı sakinləri 1979-cu il təvəllüdlü Eyvazov Seymur Cabir oğlu, 1963-cü il təvəllüdlü Əliyev Oktay İsgəndər oğlu və 1992-ci il təvəllüdlü Soltanov Salamat Namusəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, avtomobildə qəzaya uğrayan Bakı sakinləri toy şənliyindən qayıdırıblar.
Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aprılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB