Qəbələdə iki avtomobil toqquşub

Qəbələdə iki avtomobil toqquşub

Qəbələ rayonunun Vəndam kəndində ötən gün axşam saatlarında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonunun Vəndam kəndi ərazisində "VAZ 2109" və "VAZ 2106" markalı iki minik avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb və sürücüləri xəsarət alıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ 2106" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə