19 yaşlı Siyəzən sakini qətl törədib

19 yaşlı Siyəzən sakini qətl törədib

Sumqayıtda qətl hadisəsi törədilib. 19 yaşlı Eldəniz Hacıyev Siyəzən şəhər sakini 45 yaşlı Arzu Nəcəfovanın Sumqayıtda kirayədə qaldığı evinə girərək onu qətlə yetirib. Onun cəsədini kirayə qaldığı evin sahibəsi aşkarlayaraq polisə məlumat verib. Araşdırma zamanı Arzu Nəcəfovanın üzərində zorakılıq əlamətləri və çox sayda bıçaq xəsarətləri aşkarlanıb.

Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən Eldəniz Hacıyev saxlanılıb. Qeyd edək ki, Eldəniz Hacıyev əvvəllər də soyğunçuluq maddəsi ilə məhkum olunub. Lakin yetkinlik yaşına çatmadığı üçün şərti azadlığa buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə