2 nəfər azyaşlı aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində bağlı qapı arxasında 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə nərdivan vasitəsilə qalxaraq içəri daxil olmuş və giriş qapısını açıblar.
Mənzilə baxış keçirilərkən nəzarətsiz qalmış uşaqlar otaqda yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil veriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB