Qəzada iki nəfər dünyasını dəyişdi

Qəzada iki nəfər dünyasını dəyişdi

Bu gün günorta saatlarında Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qərb bürosunun xəbərinə görə, Bakı-Qazax magistralının Şəmkir şəhəri ərazisindən keçən hissəsində iki minik maşını toqquşub. 20 CT 267 dövlət nömrə nişanlı "Mercedes" və 57 BE 146 dövlət nömrə nişanlı "VAZ 21 011" markalı avtomobillərin toqquşması zamanı iki nəfər dünyasını dəyişib. Ölənlərin hər ikisi "VAZ 21 011" markalı avtomobilin sürücüsü və sərnişinidir. Onların meyiti Şəmkir rayon Məhkəmə Tibbi Ekspertizanın morquna aparılıb. "Mercedes" də isə təhlükəsizlik yastığının açılması sürücünün həyatını xilas edib.

Qeyd edək ki , faktla bağlı araşdırmalara başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə