Qubada bir mənzildə güclü partlayış olub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, partlayış nəticəsində mənzildə kirayə qalan Quba Yol Polis Şöbəsinin əməkdaşı Elman Umudov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Dörd mərtəbəli binada baş verən partlayışdan sonra meydana gələn alovu söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və 2 avtomobili cəlb olunub.
Qeyd edək ki, partlayışın nədən baş verdiyi araşdırmalardan sonra bəlli olacaq.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB