Siyəzəndə dəhşətli qəza baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 109-cu km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. "Shackman" markalı yük maşını "VAZ 2106" markalı avtomaşının üstündən keçib. Qəza zamanı "VAZ 2106" markalı minik maşınında olan 5 nəfərdən ana 35 yaşlı Xəyalə İsgəndərova və 2 oğlu 8 yaşlı Elnur və 6 yaşlı Elmar İsgəndərovlar avtomobildə yük maşınının altında qalaraq dünyalarını dəyişiblər.
Ailənin başçısı, Siyəzən rayonu, Yenikənd kənd sakini, 37 yaşlı Eldəniz İsgəndərov və yük maşının sürücüsü, Siyəzən şəhər sakini, 25 yaşlı Samir Orucov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB