Yanğınların qarşısı alınıb

Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Ağsu rayonu, Bico kəndində (rayon mərkəzindən 24 km aralı) dağlıq ərazidə 18 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Ağcabədi rayonu, Şahsevən kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 16 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Sabirabad rayonu, Güdəcühür kəndində (rayon mərkəzindən 33 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,3 ton ot bağlamasından 0,5 tonu yanıb. Otun qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə