3 min manat pul və danışıq kartları oğurlandı

3 min manat pul və danışıq kartları oğurlandı

Mingəçevir şəhəri Mehdi Hüseynzadə küçəsində, 9 saylı binanın yaxınlığında yerləşən ərzaq mağazasından oğurluq olub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, naməlum şəxslər Leyla Dursun qızı Sədrəzənovaya məxsus dükandan 3 000 AZN pul və danışıq kartları götürüblər.

Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər yaxınlıqda yerləşən yarımçıq tikilidəki nərdivandan istifadə edərək nəfəslikdən dükana daxil olublar.

Qeyd edək ki, hazırda Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə